Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti

Bəyənilmişlərə əlavə et
Müəllif
Qonaq

Təsvir

Azərbaycan Respublikası, Şirvan şəhər İcra Hakimiyyəti 
 
Şəhər ərazisində həyata keçirilmiş infrastruktur layihələri
 Şirvan şəhəri ərazisində iqtisadi durumun yaxşılaşdırılması, əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması istiqamətində mühüm işlər görülmüşdür.    Belə ki, son illərdə 780 Mvt gücündə “Cənub Elektrik Stansiyası”, Retro MMC-nin sifarişi ilə şəhərin cənub sənaye qovşağında Metaləritmə, Sement, Kərpiç və Kağızqablaşdırma zavodları tikilib istifadəyə verilmişdir.    Müdafiə Sənayesi Nazirliyinin Telemexanika zavodunda 2 yeni müdafiə təyinatlı istehsal müəssisəsi yaradılmış, Telemexanika zavodunun ərazisində Revolver tipli qumbara atanlar üçn atəş yığımları, tank əleyhinə qumbara atnlar üçün sursat istehsal zavodları istifadəyə verilmişdir.    “Şirvan OİL” və “Qarasu” Əməliyyat Şikətləri tərəfindən neft və qaz hasilatının sabit saxlanması və artırılması istiqamətində tədbirlər həyata keçirilir.    “MKT İstehsal Kommersiya” MMC-nin Şirvan filialı, “Azərpambıq” Aqrar Sənaye Kompleksi MMC-nin Şirvan Pambıq Emalı Filialı pambıq yağı və pambıq mahlıcının istehsalı ilə məşğul olur.    Azərbaycan Respublikası Prezidentinin 04.02.2019-cu il tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına Şirvan şəhərində 32 çoxmənzilli binaların dam örtüklərinin təmiri işləri başa çatdırılmışdır.    Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Proqramına uyğun olaraq şəhərin Heydər Əliyev, Energetik, S.Vurğun, F.Eynullayev, T.Ələkbərov, M.Əsədov, A.Mustafayev, X.Məmmədov, Naxçıvan, Ş.Şükürov, N.Rəfibəyli, Ş.Qurbanov, F.X.Xoyski, N.Tusi, Aşıq Pənah, T.İsmayılov və Bülbül küçələri təmir olunmuş, ümumilikdə 49162 m2 asfalt-beton örtük vurulmuşdur.    Şirvan şəhəri Naxçıvan küçəsində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı üçün 2 mərtəbəli yeni inzibati binanın tikintisi tamamlanmış avadanlıq və inventarla təchiz olunmuşdur.   Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə Şirvan şəhəri ərazisində müvəqqəti məskunlaşmış 685 məcburi köçkün ailəsi üçün zəruri sosial texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin tikintisi tamamlanmış, və ailələrin mənzillərə köçürülmə işlərinə başlanmışdır.13 ədəd çoxmərtəbəli yaşayış binası, 3 mərtəbəli 540 yerlik məktəb binası, 140 yerlik 2 mərtəbəli uşaq bağçası, klub binası, inzibati bina, tibb məntəqəsi və ATS binası tikilmişdir.    “Azərişıq” ASC-nin sifarişi ilə Şirvan Regional Enerji Təchizatı və Satışı idarəsinin inzibati binasının tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir.     Dövlət Proqramına uyğun olaraq Şirvan şəhəri 5 nömrəli ümumi orta məktəb üçün 432 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Şəhər 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseyin idman zalı əsaslı təmir olunmuşdur.     5 saylı Ərazi Vergilər idarəsi üçün tikilən yeni inzibati binada tikinti işləri tamamlanmaq üzrədir.   2010-cu ildə Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması nəticəsində baş vermiş təbii fəlakət zamanı şəhər ərazisində fərdi yaşayış evlərinə dəymiş ziyanla bağlı Fövqəladə Hallar Nazirliyi  tərəfindən 11 fərdi evin tikinti işləri yekunlaşmış və istismara verilmişdir. Əlavə olaraq 2 fərdi evin tikintisi davam etdirilir.    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin bərpa-gücləndirilməsi və əsaslı təmir işləri davam etdirilir.     Muğan qəsəbəsində yerləşən Səfərbərlik ehtiyatı anbarında təmir işləri başa çatdırılmışdır.     Uşaq Musiqi məktəbinin dam örtüyü təmir edilmiş, istilik sistemi (kombi) quraşdırılmışdır.   Şirvan şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsində əsaslı, Mərkəzi Xəstəxananın,Təcili Tibbi Yardım stansiyasının, Rayonlararası Onkoloji xəstəxanasının, Doğum evinin binalarında və Bayramlı qəsəbə Həkim məntəqəsində cari təmir işləri aparılmışdır.    Şəhərin cənub sənaye qovşağında “Retro Holding” MMC tərəfindən yeni Kərpic istehsalı zavodunun tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir.       Əvvəlki illərdə olduğu kimi bu ildə şəhər ərazisində tikinti-quraşdırma və abadlıq işləri davam etdirilmiş, abadlıq işlərinin həcmi genişləndirilmişdir. Belə ki, şəhərin L.İbrahimov küçəsində abadlıq işləri başa çatdırılmış, səkiyə 471 m2 dekorativ tamet tavalar, 178 m beton bordyurlar qoyulmuş, 193 m tökmə bordyurlar düzəldilmişdir. Energetik küçəsində abadlıq işləri başa çatdırılmış, döşəməyə 200 m2 dekorativ tamet tavalar düzülmüş, 922 m beton bordyurlar qoyulmuş, 1180 kv.m səkiyə asfaltbeton örtük vurulmuşdur. Şəhərin F.Eynullayev küçəsində 1 ədəd 3 seksiyalı müasir dayanacaq quraşdırılmış, səkiyə 2522 m2 dekorativ tamet tavalar düzülmüş, 1160 m beton bordyurlar qoyulmuş, 190 m tökmə bordyur düzəldilmiş, 3 saylı ictimai yaşayış binasının fasadında təmir işləri başa çatdırılmışdır. M.Ə.Rəsulzadə prospektində 2627 m2 sahəyə dekorativ tamet tavalar düzülmüş, 1869 m beton bordyurlar qoyulmuşdur. T.İsmayılov 5 və 19 nömrəli yaşayış binalarının qarşısındakı nümunəvi məhəllədə abadlıq işləri tamamlanmış və bina sakinlərinin istifadəsinə verilmişdir. 940 m2 döşəməyə tamet tavalar düzülmüş, 334 m beton bordyurlar qoyulmuş, 10,2 m3 tökmə bordyur düzəldilmiş, 2 ədəd günlük, 2 ədəd sürüşkən, 2 ədəd yelləncək quraşdırılmışdır.C.Cabbarlı küçəsi 1 nömrəli yaşayış binasının 164 m2  dam örtüyü təmir edilmişdir.      20 Yanvar 26A, Energetik 3, 5 saylı ictimai yaşayış binalarının giriş bloklarının təmir olunmuş, 5397 m2 divar  və tavan səthi  təmir olunaraq  rənglənmiş, 132 m2 plastik pəncərə bloku və 17.6 m2  metal qapı bloku quraşdırılmışdır.

Əlavə məlumat

Şəhər/Rayon Şirvan

Video

Sayt məlumatı

Saytın ID-si: 321
Baxışların sayı: 134
Əlavə edilib: 01.09.20 18:26:28
Yenilənib: 01.09.20 18:26:28
Vaxtı bitir: 01.09.21 18:26:28

Şərhlər

comments powered by Disqus