Göyçay Olimpiya İdman Kompleksi

Bəyənilmişlərə əlavə et

Təsvir

Göyçay Olimpiya İdman Kompleksi 2010-cu il fevralın 12-də istifadəyə verilib. İdman zalının ölçüsü 51x36m olub, 608 nəfərlik tamaşaçı tutumu var. Müasir avadanlıqla təchiz edilmiş trenajor zalı va mövcuddur.
Kompleksdə stolüstü tennis və bilyard zalları, habelə konfrans zalı yerləşir. Üzgüçülük hovuzunun inzibati binası da müasir standartlara cavab verir. Hovuzun ölçüsü 25x12.5 m. Üzgüçülük hovuzunda yarışların gedişini 252 tamaşaçı izləyə bilər.  Burada sauna və digər yardımçı otaqlar da vardır. İkinci mərtəbədə isə istirahət otağı, həkim və məşqçi otaqları yaradılıb. Kompleksdə tennis (18x36 m) kortu, mini-futbol, basketbol (18x36 m), voleybol (18x28 m) və digər idman növləri üzrə meydançalar və eləcə də futbol stadionu inşa edilib. Stadion (100x50 m) 270 nəfər tamaşaçı üçün nəzərdə tutulub. İdmançıların istirahəti üçün ən müasir standartlara cavab verən 56 yerlik, 23 otaqlı mehmanxana və iki ikimərtəbəli kottec tikilib. Hər kottecdə 5 yataq yeri var. 

Əlavə məlumat

Şəhər/Rayon Göyçay

Sayt məlumatı

Saytın ID-si: 323
Baxışların sayı: 137
Əlavə edilib: 01.09.20 18:33:25
Yenilənib: 01.09.20 18:33:25
Vaxtı bitir: 01.09.21 18:33:25
Kateqoriya: İdman kompleksləri

Şərhlər

comments powered by Disqus