Tovuz Olimpiya İdman Kompleksi

Bəyənilmişlərə əlavə et

Təsvir

Tovuzda Olimpiya İdman Kompleksi 2011-ci il fevralın 9-da istifadəyə verilib.
Kompleksin təməli 2007-ci il mayın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdu.
Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilmiş, Tovuz şəhərinin girəcəyində - Tovuzçayın sol sahilində 7 hektar sahədə yerləşən kompleks 3 korpusdan ibarətdir. Kompleksin birinci korpusunda üzgüçülük hovuzu (25x12.5 m) və yeməkxana yerləşir. İkinci korpus 34 ədəd ikiyerlik və bir VIP nömrəsi olan beşmərtəbəli mehmanxanadan ibarətdir. Üçüncü korpusda isə 814 tamaşaçı yeri olan əsas idman zalı (24.4x42.5 m) yerləşir. Bundan başqa, idman kompleksində məşq zalları, mini futbol (21.4x34.9 m), voleybol (8.9x18 m), basketbol (16.4x22.96 m), həndbol (21.4x34.9 m) meydançaları, kiçik idman zalı (17.6x23.5 m), trenajor zalı və köməkçi otaqlar da vardır. Kompleksin ərazisində açıq futbol stadionu (104x68 m), açıq voleybol (24x15 m) və basketbol (28x16 m)meydançaları, həmçinin açıq tennis kortu (40x20 m) da mövcuddur.

Əlavə məlumat

Şəhər/Rayon Tovuz

Sayt məlumatı

Saytın ID-si: 68
Baxışların sayı: 132
Əlavə edilib: 23.08.20 22:14:05
Yenilənib: 23.08.20 22:14:05
Vaxtı bitir: 23.08.21 22:14:05
Kateqoriya: İdman kompleksləri

Şərhlər

comments powered by Disqus