Gəncə Ağır Cinayətlər Məhkəməsi - Azərbaycan Respublikası Vahid Məhkəmə Portalı

Bəyənilmişlərə əlavə et

Təsvir

Gəncə Ağır Cinayətlər Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsindəə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə ağır və xüsusi cinayət işlərinə baxır,habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) məsələsini həll edir
 
Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Şəhər Gəncəçay və Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə uzun müddət Qərbi Azərbaycanın əsas sənaye mərkəzi olmuşdur. Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri cənub-şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir. Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi mülahizələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını eramızdan əvvəl, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər. Gəncə Azərbaycan mədəniyyətinin inkişafında vacib rol oynamışdır. Dünya şöhrətli elm və incəsənət əsərlərinin müəllifləri olan şair və alimlər bu şəhərdə yaşayıb-yaratmışlar.1804-cü ildə Rusiya İmperiyası Gəncəyə hücuma keçib onu işğal etmiş Gəncə xanı Cavad xan öldürüldükdən sonra şəhərin adı dəyişdirilərək Yelizavetpol (Rusiya imperatoru Aleksandrın arvadı Yelizavetanın şərəfinə) adlandırılmışdı. 1806-cı ildə Gəncədə yerli məhkəmə yaradılır. Gəncə şəhərində əhalinin üzərində nəzarətin gücləndirilməsi məqsədi ilə 1824-cü ildə burada polis şöbəsi yaradılır. Bu şöbə və onun fəaliyyəti yerli əhali arasında ciddi narazılıqlara səbəb olduğundan komendant sistemi 1840-cı ildə ləğv edilir. Daha sonra Gəncə Gürcüstanın İmeret əyalətinin tərkibinə qatılır və burada rayon mərkəzi yaradılır. Nəhayət, Yelizavetpol əyaləti 1868-ci ildə qurulur və Gəncə bu əyalətin paytaxtı olur. 1606-cı ildən 1804-cü ilədək Rusiya İmperiyasına  qədər Gəncə İran imperiyasının tərkibində xanlıq mərkəzi olmuşdur. 1826-cı ildə rus qoşunları İran qüvvələrini məğlubiyyətə düçar edərək onları buradan sıxışdırıb çıxarmışlar.Gəncə şəhəri qısa zaman müddətində 1918-ci ildə yaradılmış müstəqil Azərbaycanın müvəqqəti paytaxtı olmuşdur. Tarixdəki dəyişikliklər həmçinin şəhərin adına da təsir etmişdir. “Gəncə” toponimi  kökünü “gəncək” tayfalarından götürür. Şəhər 1804-cü ildən 1918-ci ilədək Çar I Aleksandrın arvadının adıyla (Yelizavetpol) adlandırılıb. Hətta şəhərin tarixi adını əhaliyə unutdurmaq üçün "Gəncə" sözünü işlədənlər 1 gümüş abbası cərimə olunurdu. 1918-ci ilədək olan bütün rəsmi sənədlərdə Gəncə Yelizavetpol kimi xatırlanır. Şəhərin tarixi adı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra özünə qaytarıldı. 1935-ci ilədək şəhər Gəncə adlandırıldı. 1935-ci ildə şəhərin adı yenidən dəyişdirilərək Kirovabad adlanır. Daha sonra 1989-cu ildə bu ad yenidən qaytarılmış və indiyədək bu adı daşıyır.Gəncə rayonunun ümumi sahəsi 110 km2, əhalisinin sayı isə 320 min 500 nəfərdir (01 aprel 2011). Ermənilərin işğalçılıq siyasəti nəticəsində Gəncə şəhərində 15.650 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır.Şəmkir, Goranboy, Göygöl və Samux rayonları ilə həmsərhəddir.Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli Fərmanına əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsi yaradılmışdır. Məhkəmə fəaliyyətinə 01 yanvar 2011-ci il tarixindən başlamışdır.Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:1. Ağdam rayonu2. Ağstafa rayonu3. Bərdə rayonu4. Daşkəsən rayonu5. Gədəbəy rayonu6. Gəncə Şəhəri Kəpəz rayonu7. Gəncə Şəhəri Nizami rayonu8. Goranboy rayonu9. Göygöl rayonu10. Xankəndi şəhəri11. Xocalı rayonu12. Kəlbəcər rayonu13. Qazax rayonu14. Naftalan şəhəri15. Samux rayonu16. Şəmkir rayonu17. Tərtər rayonu18. Tovuz rayonu

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 303
Baxışların sayı: 124
Əlavə edilib: 31.08.20 01:33:12
Yenilənib: 31.08.20 01:33:12
Vaxtı bitir: 31.08.21 01:33:12
Kateqoriya: Məhkəmələr

Şərhlər

comments powered by Disqus